...

Azərbaycan və Türkiyə prezidentləri qarşılıqla əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 6 Noyabr 2007 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Çərşənbə axşamı Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Abdullah Gül arasında təkbətək görüş keçirilib.

Türkiyə prezidenti noyabrın 6-dan başlayaraq, Azərbaycanda üç günlük rəsmi səfərdədir. Görüşdə Azərbaycanla Türkiyə arasında dost və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daim genişləndiyi bildirilib. Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən qlobal enerji layihələrinin bu iki ölkənin xalqlarının rifah halının daha da yaxşılaşdırılmasına, həmçinin, bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət edəcəyi bildirilib. Dövlət başçıları ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti