...

Vəkil: "Gürcüstanın qəzəbə düçar olmuş keçmiş müdafiə naziri, güman ki, öz məhkəmə iclasında iştirak etməyəcək"

Siyasət Materials 12 Noyabr 2007 18:40 (UTC +04:00)
Vəkil: "Gürcüstanın qəzəbə düçar olmuş keçmiş müdafiə naziri, güman ki, öz məhkəmə iclasında iştirak etməyəcək"

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili, güman ki, öz məhkəmə iclasında iştirak etmək üçün Tbilisiyə qayıda bilməyəcək. Bu barədə Trend ə keçmiş nazirin vəkili Eka Beseliya məlumat verib.

Gürcüstanın keçmiş müdafiə naziri Okruaşvilinin məhkəmə prosesi noyabrın 16-na təyin olunub. Proses şəhər məhkəməsində keçiriləcək.

"Əgər Okruaşvili Almaniyadan qayıda bilməzsə, məhkəmə iclası təxirə salınmalıdır" - deyə Beseliya deyib.

Okruaşvilinin 10 mln. lari həcmində ödədiyi girova gəlincə, vəkil bildirib ki, əgər ittiham keçmiş nazirin günahını ağırlaşdırarsa, bu vəsait dövlət büdəcinə köçürüləcək.

Prokurorluq Okruaşvilini yalançı şahidlikdə ittiham etmək niyyətindədir.

Hazırda Almaniyada olan Okruaşvili şantajda, pulların yuyulmasında, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Xəbər lenti

Xəbər lenti