...

ABŞ dəniz təhlükəsizliyi sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığa yardım etmək istəyir, ABŞ admiralı (Video)

Siyasət Materials 13 Noyabr 2007 20:04 (UTC +04:00)
ABŞ dəniz təhlükəsizliyi sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığa yardım etmək istəyir, ABŞ admiralı (Video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ ABŞ dəniz təhlükəsizliyi sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığa yardım etmək istəyir. Bu barədə ABŞ-da sərhəd mühafizə strateji islahatlar qrupunun direktoru Codi Brekenric çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, səfər zamanı sərhəd qoşunları nümayəndələri ilə görüşəcək və onlara treninqlər keçirəcək. Xanım Brekenric qeyd edib ki, Azərbaycan müsəlman dövləti olmaqla yanaşı, həm də demokratik bir dövlətdir.

Amerikanın Azərbaycandakı səfiri Enn Ders qeyd edib ki, biz inanrıq ki, Azərbaycanın gələcəyi, müasir, dünyəvi, demokratik və müstəqil bir dövlət kimi qurulmasında hər bir qadının rolu var.

Səfər zamanı admiral xanım Astarada olub və oranın həyat tərzi ilə tanış olub. Bu, onun Azgrbayjana ikinci səfəridir.

Xəbər lenti

Xəbər lenti