...

Naxçıvanda kadr dəyişiklikləri həyata keçirilib

Siyasət Materials 24 Noyabr 2007 10:31 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında növbəti kadr dəyişiklikləri həyata keçirilib. Trend in bölgə müxbirinin məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən cümə günü Nadir Fərman oğlu Həsənov Naxçıvanın Dövlət Tikinti-Quraşdırma Şirkətinin Baş direktoru vəzifəsindən azad edilib.

Digər bir fərmanla isə Həsənov bir neçə gün bundan əvvəl boşalan Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. Muxtarov Naxçıvanın Dövlət Tikinti-Quraşdırma Şirkətinin Baş direktoru təyin edilib.

Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti