...

Estoniyalı deputatlar Baltikyanı Assambleyanı GUAM-a dəstək verməyə çağırıb

Siyasət Materials 24 Noyabr 2007 12:21 (UTC +04:00)
Estoniyalı deputatlar  Baltikyanı Assambleyanı GUAM-a dəstək verməyə çağırıb

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Estoniya Parlamentində GUAM-a dəstək deputat qrupu Baltikyanı Assambleyanı GUAM-a dəstək verməyə çağırıb. Bu barədə Trend ə Tallindən telefonla qrupun sədri Eldar Əfəndiyev məlumat verib.

"Demokratiya və inkişaf naminə təşkilat - GUAM"a dəstək deputat qrupu bu ilin sentyabrında yaradılıb. Qrup GUAM-a dəstək və əməkdaşlıqda Estoniyanın rolunun gücləndirilməsi təşəbbüsünü öz üzərinə götürüb. Eyni zamanda hesab edirlər ki, Estoniya, Latviya və Litva birgə səylər nəticəsində GUAM-la daha effektli əməkdaşlıq həyata keçirə bilər. Qrup öz həmkarlarına - Latviya və Litva parlamentarilərinə analoji qrupun yaradılması təşəbbüsü ilə müraciət edib.

"Baltik ölkələrinin səylərini birləşdirən Baltikyanı Assambleya GUAM-a münasibətdə öz mövqelərini ifadə edə, həmçinin GUAM ilə əməkdaşlıq strategiyasını formalaşdıra bilər. Bu cür mövqeyin ifadə edilməsinin aktuallığı GUAM ölkələri sırasında baş verən son hadisələrlə əlaqədar çox mühüm görünür" - deyə Əfəndiyev bildirib.

GUAM tərkibinə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu beynəlxalq regional təşkilatdır. GUAM-a üzv dövlətlər beynəlxalq təşkilatlar - BMT və ATƏT çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. 2003-cü ildə GUAM müşahidəçi statusunda BMT Baş Assambleyasına təqdim olunub. Son illər Avropa Birliyi GUAM-a maliyyə proqramları ayırmaqla yardım göstərir.

Xəbər lenti

Xəbər lenti