...

Azərbaycan prezidenti "Bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun tətbiqi ilə bağlı sərəncam verib

Siyasət Materials 27 Noyabr 2007 22:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyev "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsəd ilə sərəncam verib.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, 1 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə dövlət başçısına məlumat versin; öz səlahiyyətləri daxilində "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti