...

Müxalifətçi deputatlar Parlamentdən PKK-nın terrorçu təşkilat kimi tanınmasını tələb edirlər

Siyasət Materials 30 Noyabr 2007 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Müxalifətçi deputatlar Azərbaycan Parlamentinin PKK-nı terrorçu təşkilat kimi tanımasını tələb edirlər. Bu barədə cümə günü Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib.

Azərbaycan Parlamentində PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı qəbul olunacaq bəyanatın layihəsini hazırlamaq üçün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə komissiya yaradılmışdı. Lakin sonradan Milli Məclisin PKK ilə bağlı bəyanat qəbul etməsi təxirə salındı. Bu, Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı iki ölkə prezidentləri tərəfindən imzalanan birgə bəyannamədə PKK ilə bağlı müddəaların yer alması və həminə sənədin Milli Məclis tərəfindən ratifikasiya ediləcəyi ilə əsaslandırılmışdı.

Hüseyn qeyd edib ki, Azərbaycan Parlamentinin PKK-nı terrorçu təşkilat kimi tanımamasının səbəblərinə aydınlıq gətirilməsini tələb edirlər: "Bununla bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət etmişik. Müraciətdə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan və PKK ilə bağlı müddəaların qeyd olunduğu bəyannamənin Milli Məclisə göndərilməməsi və mətbuatda dərc olunmamasına aydınlıq gətirilməsini tələb edirik. Cəmiyyətdə belə fikirlər səsləndirilir ki, Parlamentinin PKK-nı terrorçu təşkilat kimi tanımaması PKK tərəfdarlarının Azərbaycan dövlətinə və Milli Məclisə təzyiqinin nəticəsidir".

Müsavat deputat qrupunun beş üzvü var.

Xəbər lenti

Xəbər lenti