...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 3 Dekabr 2007 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 15.45-dən 16.05-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndinin cənub-qərbində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini, saat 18.36-dan dekabrın 3-ü saat 05.15-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 00.15-dən 05.35-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti