...

Gəncədə cinayətkarlıqla mübarizə gücləndirilib

Siyasət Materials 5 Dekabr 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Gəncə şəhərində silah-sursat tapılıb. Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çərşənbə axşamı rayon ərazisindən 1 ədəd qumbara, 1 ədəd RQD-18 markalı qumbaraatan, 3 ədəd 100 qramlıq trotil şaşka, 1 ədəd trotil şaşkanı məsafədən partlatmaq üçün qurğu, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd nömrəsiz ov tüfəngi, 1 ədəd nömrəsiz, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd süngü-bıçağı, 1005 ədəd müxtəlif çaplı patron, 5 ədəd avtomat darağı və digər hərbi sursatlar tapılıb, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend ə bildirilib.

Noyabrın 23-də Gəncənin polis rəisi vəzifəsinə Rasim Musayev təyin olunduqdan sonra şəhərdə cinayətkarlıqla mübarizə gücləndirilib. Son 10 gündə Gəncədə 2 silah-sursat yeri aşkarlanıb.

Məlumata görə, Gəncə sakini Rövşən Həsənov tapdığı 1 ədəd "Makarov" tapançasını, 1 ədəd qaz tapançasını, 1 ədəd qumbaranı, 39 ədəd tapança patronunu, 1 ədəd patron darağını və 1 ədəd süngü-bıçağını könüllü olaraq Gəncə şəhər Polis İdarəsinə təhvil verib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti