...

"Prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik" - iqtidaryönlü partiyanın sədri

Siyasət Materials 12 Dekabr 2007 15:40 (UTC +04:00)
"Prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik" - iqtidaryönlü partiyanın sədri

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ İqtidaryönlü Ana Vətən Partiyası (AVP) prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul edəcək. "Ana Vətən Partiyası 2003-cü ildə keçirilmiş prezident seçkisində Əliyevin namizədliyini dəstəkləmişdi. Biz 2008-ci ildə keçiriləcək prezident seçkisində də ənənəmizə sadiq qalacağıq. Partiyanın qurultayında bu haqda qərar qəbul olunacaq" - deyə çərşənbə günü iqtidaryönlü Ana Vətən Partiyasının sədri, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Fəzail Ağamalı məlumat verib.

Azərbaycanda prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçiriləcək.

Ağamalının sözlərinə görə, partiyanın qurultayı 2008-ci ilin yay aylarında keçiriləcək.

O vurğulayıb ki, qurultayda təşkilati məsələlərə baxılacaq, partiyanın sədri, Məclis və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiləcək.

Ağamalı qeyd edib ki, növbəti dəfə sədrliyə namizədliyini irəli sürəcək. Hələlik alternativ namizəd yoxdur.

AVP 1991-ci ildə yaradılıb. Partiya Parlamentdə iki deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti