...

Azərbaycan Rusiyanın mövqeyinə adekvat addım atacaq -Teleradio Şurasının sədri

Siyasət Materials 14 Dekabr 2007 15:03 (UTC +04:00)
Azərbaycan Rusiyanın mövqeyinə adekvat addım atacaq -Teleradio Şurasının sədri

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı İşçi qrupların Moskvada keçirilən görüşündə razılığın əldə olunmaması Milli Televiziya və Radio Şurasının (MTRŞ) narazılığına səbəb olub. "Azərbaycan Rusiyanın mövqeyinə adekvat addım atacaq" cümə günü Trend ə Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Dekbarın 11-12-də Moskada telekanalların qarşılıqlı yayımı ilə bağlı yaradılan İşçi qrupların üçüncü görüşü keçirilib. Rusiya tərəfi Azərbaycan telekanalının həmin ölkədə yayımı üçün lisenziyanın alınmasını istəyib. Rusiya qanunvericiliyinə görə, həmin ölkənin ərazisində yayımlanan televiziyanın təsisçisinin qoyduğu sərmayənin 50 faizi Rusiyanın kapitalı olmalıdır.

Məhərrəmli deyib ki, şura yanvarın 1-nə kimi Rusiyanın "RTR-Planeta" kanalının Azərbaycanın milli tezliyində yayımı məsələsinə baxacaq. MTRŞ sədri "RTR-Planeta" kanalının Azərbaycanın milli tezliyində yayımının çox güman ki, dayandırılacağını bildirib.

Azərbaycan Teleradio Şurası yanvarın əvvəlində Rusiyanın "RTR-Planeta" kanalının iyul ayının 10-dan etibarən Azərbaycanda yayımının dayandırılması barədə qərar verib. "RTR-Planeta"nın yayımı Rusiya tərəfinin müraciətindən sonra və Azərbaycan telekanalının Rusiyada yayımı şərtilə uzadılıb. Qarşılıqlı yayım üzrə yaradılmış İşçi qrupun üzvləri artıq iki görüş keçirib və ikitərəfli yayıma dair ilkin layihə razılaşdırılıb. Ümumi razılığın əldə olunması üçün texniki müqavilələr hazırlanırdı. Azərbaycan tərəfi texniki müqaviləni bir neçə ay öncə təqdim edib. Teleradio Şurasının sədri bir neçə dəfə bəyan edib ki, ümumi razılıq əldə olunmasa, "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımı dayandırılacaq. Azərbaycan tərəfi hesab edir ki, "RTR-Planeta" ölkədə yayımlandığı ərazi boyda, AzTV də Rusiyanın həmin ərazisi boyda yayımlanmalıdır.

Xəbər lenti

Xəbər lenti