...

"İran və Suriya dolayısıyla Livanda prezident seçkilərinə əngəl törədir" - iranlı politoloq

Siyasət Materials 18 Dekabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Livanda prezident seçkilərinin 9-cü dəfə ləğv olunması ilə nəticələnən daxili ixtilaflarda bəzi xarici qüvvələrin əli olduğu istisna olunmur. "İran və Suriya dolayısıyla Livanda prezident seçkilərinə əngəl törədir" iranlı politoloq Əlirza Nurizadə bildirib.

Dekabrın 17-də Livanda prezident seçkiləri 9-cu dəfə ləğv olunub. Bundan öncə Livanın daxilindəki müxtəlif cinahlar hərbi qüvvələrin baş komandanı Mişel Süleymanın prezident olması barədə ortaq məxrəcə gəlmişdilər. Dekabrın 12-də Livanın paytaxtında, prezident sarayının yanında baş vermiş partlayış nəticəsində general Fransva Əlhac öldürüldü. Ölkənin Qərbə meylli baş naziri Fuad Siniure Livanın hələlik nazirlər kabinet vasitəsilə idarə olunmasını bildirdi. Digər tərəfdən, Suriyaya meylli və səlahiyyətləri noyabrın 23-də başa çatmış sabiq prezident Emil Lehud yeni prezident seçilənədək müvəqqəti hökümət yaradacağını bildirdi.

Nurizadə çərşənbə axşamı Londondan telefonla Trend ə bildirib ki, Livanda əksəriyyəti təşkil edən qrup Qərbə meylli olmaqla, Mişel Süleymanın prezident seçilməsini dəstəkləyir. "İran və Suriyadan dəstək alan ifratçı qüvvələr, xüsusilə "Hizbullah" və onun prezident seçkilərində irəli sürdüyü namizəd general Mişel Oun ölkədə sabitliyin yaranmasından qorxurlar" iranlı politoloq bele hesab edir.

Fransa və Amerika indiyədək prezident seçkilərinə mane olmamaları üçün ifratçı qüvvələrə təzyiqlər göstərsə də, ölkə daxilindəki vəziyyət sabitləşməyib, ixtilaflar dərinləşib.

Nurizadənin fikrincə, ölkə daxilində olan "Hizbullah"la bağlı qruplar Qərbə meylliyi ilə seçilən baş nazirin və eləcə də digər nazirlərin işinə təsir edir. "Radikallar prezident seçkiləri keçirilmədən müxtəlif bəhanələrlə baş nazir və digər nazirlərin dəyişdirilməsini tələb edirlər. Mişel Süleyman Nəhrəlbared bölgəsində terror əleyhinə əməliyyat keçirərək "Fəth əl-islam" və "əl-Qaidə" terror şəbəkələrini məhv etdiyi zaman, Suriyanın həmin terrorçu təşkilatlara dəstək verməsi faktını ifşa etmədi. Süleyman heç zaman özünü hər hansı bir qüvvənin tərəfdarı kimi göstərməyib və milli manefeni güdən bir generaldır. Onun kimi neytral birinin Livanda prezident olması İran və Suriyanın himayə etdiyi ifratçı qüvvələrin maraqlarına ziddir" Nurizadə bildirb.

Xəbər lenti

Xəbər lenti