...

Azərbaycan prezidenti Pakistanın dövlət başçısına başsağlığı göndərib

Siyasət Materials 20 Dekabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev , Mehrabpur şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı, Pakistan prezidenti Pərviz Müşərrəfə başsağlığı göndərib. Azərbaycan prezidenti başsağlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib. "Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm"-- Azərbaycan prezidenti deyib.

Mehrabpur şəhəri yaxınlığında sərnişin qatarının qəzaya uğraması nəticəsində 56 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti