...

Yanvarın 1-dən Azərbaycanda təqaüd və məvaciblər artırılacaq - prezident

Siyasət Materials 24 Dekabr 2007 13:31 (UTC +04:00)
Yanvarın 1-dən Azərbaycanda təqaüd və məvaciblər artırılacaq - prezident

Azərbaycan, Əli Bayramlı / Trend müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyevin bazar ertəsi verdiyi məlumata görə, yanvarın 1-dən Azərbaycanda təqaüd və məvaciblər artırılacaq. Prezidentin sözlərinə görə, təqaüdlər gədən ilin birinci yarısından sonra da nəzərdən keçiriləcək. Prezident bu barədə Əli Bayramlıda Diaqnostika Mərkəzinin açılış mərasimində bildirib. Ölkə başçısı bildirib ki, ölkədə belə daha 10 Diaqnostika Mərkəzinin açılışı planlaşdırılır. Əliyevin sözlərinə görə, gələn il səhiyyə sahəsinə çəkilən xərclər 411 mln. dollar təşkil edəcək. Bu vəsait yeni xəstəxanaların tikintisinə və səhiyyə sahəsində çalışan insanların məvaciblərinin artırılmasına yönəldiləcək.

Dövlət başçısının sözlərinə görə, son 5 il ərzində Azərbaycanın büdcə xərcləri 10 dəfə artıb.

2008-ci ildə ölkənin məcmu büdcəsi 12 mlrd. dollar təşkil edib. "Bu Azərbaycan iqtisadiyyatının liberallaşdırılması sayəsində baş verir" - deyə prezident qeyd edib. Əliyevin sözlərinə görə, "Ölkənin sosial-iqtisadi inkişafı proqramı"nın icrasında müəyyən ləngimələr müşahidə olunur. "Biz bundan xəbərdarıq və müvafiq tədbirlər görürük" - deyə prezident əlavə edib. Prezident onu da bildirib ki, 2007-ci ilin yekunlarına əsasən, ölkədə yoxsulluq səviyyəsi azalıb. Prezidentin sözlərinə görə, son dörd il ərzində 600 min yeni iş yeri yaradılıb, yaradılan iş yerlərinin 459 mini daimidir. "Beləliklə, beşillik proqramın dörd il ərzində həyata keçirilməsini təmin edə bildik" - deyə Əliyev vurğulayıb.

Prezident Əli Bayramlıya səfəri çərçivçəsində Müdafiə Sənaysi Nazirliyinin nəzdindəki telemexanika zavoduna da baş çəkib.

2007-ci il oktyabrın 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1204,4 min təqüdçü qeydə alınıb. Azərbaycan iqtisadiyyatında hər bir min məşğul adama 301 təqaüdçü düşür.

Təqaüdün orta aylıq həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 62% artıb və 58,54 manat təşkil edib. Bu arada orta aylıq təqaüd orta aylıq əmək haqqının 33%-i təşkil edib.

Xəbər lenti

Xəbər lenti