...

Tanınmış ictimai xadimlər hicabın qadağan olunmaması üçün Mili Məclisə müraciət etdilər

Siyasət Materials 27 Dekabr 2007 17:11 (UTC +04:00)
Tanınmış ictimai xadimlər hicabın qadağan olunmaması üçün Mili Məclisə müraciət etdilər

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın tanınmış ictimai xadimləri, ziyalıları, hüquq müdafiəçilərindən ibarət 51 nəfər "Təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisə müraciət ünvanlayıb.

Müraciətə imza edənlər, "Təhsil haqqında" Qanunun layihəsində təhsil müəssisələrində baş örtüyünü qadağan edən müddəanın çıxarılmasını xahiş edirlər.

"Təhsil haqqında" Qanunun 11.1.8 bəndində bildirilir ki, "Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsi alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir".

Müraciət müəllifləri bu müddəanı dini etiqad və vicdan azadlığının pozulması kimi qiymətləndiriblər. Onlar bildirirlər ki, Qanunun belə formada qəbulu, on minlərlə insanı təhsil hüququndan və vicdan azadlığından məhrum etmiş olacaq. Belə vəziyyət, ölkə vətəndaşlarının böyük bir qisminin ən mühüm hüquqlarının əlindən alınması deməkdir. Həmçinin, bildirirlər ki, bu, inanclı insanları təhsil almaq hüququndan məhrum edəcək.

"Biz deputatların nəzərinə çatdırırq ki, əqidə ilə bağlı qadağanı təsbit edən belə bir müddəanın qanuni qüvvəyə minməsi inanclı insanların marginallaşmasına gətirib çıxaracaq, müxtəlif spekulyantların insanların dini hisslərilə möhtəkirlik etməsinə imkan yaradan bir amil kimi, dini zəmində ekstremizmə rəvac verə bilər" - deyə müraciətdə bildirilir.

Müraciətə imza atanlar arasında tanınmış sənətçi Akif İslamzadə, politoloqlar Rasim Musabəyov, Hikmət Hacızadə, müxalifət liderləri Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu, İslam Universitetinin rektoru Sabir Həsənli, hüquq müdafiəçiləri Arzu Abdullayeva, Rəna, Murad Sadəddinovlar, Novella Cəfəroğlu, Səidə Qocamanlı və başqaları var.

Xəbər lenti

Xəbər lenti