...

Azərbaycan prezidenti Pakistanın dövlət başçısına başsağlığı verdi

Siyasət Materials 28 Dekabr 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun ölümü ilə əlaqədar bu ölkənin prezidenti Pərviz Müşərrəfə başsağlığı verib.

Prezident Əliyev bildirib ki, Ravalpindi şəhərində törədilmiş amansız terror aktı nəticəsində Pakistan Xalq Partiyasının lideri, görkəmli siyasi xadim Bənazir Bhuttonun və çoxlu sayda insanın həlak olması xəbərindən çox kədərlənib. "Bu dəhşətli hadisə terrorizmə qarşı mübarizədə bütün qüvvələrin səfərbər olunması, bəşəriyyət üçün daim təhlükə mənbəyi olan bu bəlaya qarşı birgə səylər göstərilməsi zərurətini bir daha təsdiqləyir"-deyən İlham Əliyev əlavə edib ki, bu ağır anlarda qardaş Pakistan xalqına, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir.

Xəbər lenti

Xəbər lenti