...

Gürcüstan müxalifəti prezident seçkilərində məğlub olacaq, almaniyalı politoloq

Siyasət Materials 4 Yanvar 2008 13:18 (UTC +04:00)

Azəbaycn, Bakı / Trend A. Qasımova/ Xarici siyasət üzrə Almaniya Şurasının Rusiya və MDB prqramının direktoru və beynəlxalq münasibətlər üzrə ekspert Aleksandr Rar hesab edir ki, Gürcüstanın müxalif qüvvələlri prezident seçkilərini məğlub olacaq.

"Çətin ki, müxalifət prezident seçkilərində qalib gəlmək gücündə olsun. Müxalif qüvvələr seçkilərə hazır deyil və onların parlaq lideri yoxdur"- deyə Rar bildirib.

Gürcüstanda növbədən kənar prezident seçkiləri 2008-ci il yanvarın 5-də keçiriləcək. Prezident olmaq uğrunda mübarizədə 6 namizəd iştirak edir. Bunlar keçmiş prezident Mixail Saakaşvili və müxalifətdən olan namizədlər Levan Qaçeçiladze, Şalva Natelaşvili, David Qamkrelidze, İrina Sarişvili və Giorgi Maisaşvilidir. Mərkəzi Seçki Komissiyasında yeddinci namizəd kimi qeydiyyatdan keçən iş adamı Arkadi (Badri) Patarkatsişvili öz namizədliyini geri götürüb.

Gözlənildiyi kimi Patarkaüişvili bu barədə yazılı bəyanatı MSK-ə yanvarın 4-də təqdim edəcək. Namizədliyin geri götürülməsinə Gürcüstanın Baş Prokurorluğunun materialları səbəb olub. Burada onun seçkilərdən sonrakı gün kütləvi qarışıqlıq salmağa hazırlaşdığı bildirilir.

Rar cümə günü Moskvadan telefonla Trend ə bildirib ki, Gürcüstanda hakimiyyətdən olan namizəd Saakaşvilinin xeyrinə inzibati vasitələrdən istifadə olunacaq.

"Hazırda Gürcüstanda baş verənlər yeni inqilaba oxşamır. Saakaşvili hələ ki, vəziyyəti sakitləşdirib, lakin ona əlbəttə ki, Qərblə mübahisə etmək olmaz, axı ABŞ və Aİ onu dəstəkləyir" - deyə ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti