...

Iranın dini rəhbəri ölkənin xarici siyasətini istiqamətləndirmək istəyir – İranlı politoloq

Siyasət Materials 5 Yanvar 2008 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ İranın dini rəhbərinin İran-ABŞ arasında diplomatik əlaqələrinin onun razılıqı ilə bərpa olunması barədə verdiyi bəyanat rəsmi Tehranın xarici siyasətinin dini rəhbər tərəfindən müəyyənləşdirildiyini göstərir. "Iranın dini rəhbəri ölkənin xarici siyasətini birbaşa istiqamətləndirmək niyyətindədir"- Londonda fəaliyyət göstərən İranlı politoloq Əlirza Nurizadə (Alireza Nourizadeh) Trend ə bildirib.

İranın İRNA Agentliyinin yanvarın 4-də yaydığı məlumata əsasən, ölkənin dini rəhbəri Əli Xamenei Yəzd şəhərinin tələbələri ilə görüşündə bildirib ki, hələlik, İran-ABŞ arasında diplomatik əlaqələrin bərpası ölkənin xeyrinə deyil. "İki ölkə arasında diplomatik əlaqələrin müsbət nəticə verəcəyi vaxt, mən özüm bu münasibətlərin yaranmasını təsdiq edəcəyəm"-deyə, Xamenei bildirib.

Nurizadə şənbə qünü Londondan telefonla bildirib ki, Xamenei İranın sabiq dini rəhbəri Ruhulla Xomeyni kimi İranın xarici siyasətini birbaşa həyata keçirmək istəyir."Keçən həftə, sabiq Təhlükəsizlik Şürasının sədri Əli Laricaninin ölkə prezidentinin etirazlarına baxmayaraq Misirə səfər edib. Bir zaman sabiq dini rəhbər İran-Misir arasında diplomatik əlaqələrin kəsilməsinə əmr etmişdi. Bu əlaqələrin bərpası üçün Xamenei öz müşaviri Laricanini Misirə göndərib. Yaxud, sabiq dini rəhbər İran-ABŞ münasibətlərini aradan qaldırmağa əmr eimişdi. Xamenei isə bu əlaqələrin bərpasını dolayısıyla onun qərarına bağlı olduğunu göstərib. Beləliklə, ölkənin ən həssas məqamda xarici siyasətini, Milli Məclis, Prezident və digər qüvvələrin səlahiyyətində deyil, şəxsən özünün diplomatiyası və siyasətinin nəticəsində olduğunu bildirib"-deyə, Nurizadə əlavə edib ki, İran-ABŞ münasibətləri heç zaman bərpa ola bilməz. Onun sözlərinə qörə, İranın və ABŞ-ın orta Şərqdə yürütdüyü siyasət bir-birinə tamamilə ziddir.

Xəbər lenti

Xəbər lenti