...

Azərbaycan və ABŞ arasında birgə hərbi kurs başlayıb

Siyasət Materials 14 Yanvar 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakı şəhərində bu gündən "Suda əməliyyatlar zamanı tibbi dəstək" mövzusunda kurs başlanıb. Azərbaycan Müdafiə Nazirliyindən bazar ertəsi Trend ə bildiriblər ki, hər iki tərəfin hərbçilərinin iştirak etdiyi kursda suda əməliyyatlar zamanı tibbi dəstəyə dair nəzəri və praktiki biliklər barədə məlumatlar veriləcək. Kurs yanvarın 18-də başa çatacaq.

Azərbaycanın 50-yə qədər ölkənin Müdafiə nazirlikləri ilə hərbi əməkdaşlığı mövcuddur.

Xəbər lenti

Xəbər lenti