...

Benita Ferrero-Valdner: Bir neçə həftədən sonra Azərbaycanda Avropa Ittifaqının Nümayəndəliyi açılacaq

Siyasət Materials 18 Yanvar 2008 04:36 (UTC +04:00)

Fransa, Strasburq, 18 yanvar/ Trend , müxbir A. Məhərrrəmli / Bir neçə həftədən sonra Azərbaycanda Avropa İttifaqının (AI) Nümayəndəliyi açılacaq. Bu fikirləri Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasındakı çıxışında Avropa Komissiyasının Xarici Əlaqələr üzrə komissarı xanım Benita Ferrero-Valdner deyib. O qeyd edib ki, Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə daxil edilməsi onların addımbaaddım ümüumi dəyərlərə əsaslanan AI ilə yaxınlaşdıracaq. "Yaz aylarında Avropa Komissiyası Fəaliyyət Planının həyata keçirilməsinin vəziyyətinə dair qiymətləndirmə məruzələrini təqdim edəcək. İnsan haqları, hüquqi dövlət sahəsində gürüləsi işlər çoxdur. Regionda bütün sahələr, xüsusilə enerji, nəqliyyat və ətraf mühit sahəsində regional əməkdaşlığı daha da sürətləndirmək lazımdır"- deyə o, əlavə edib. O habelə Aİ-nın regionunun sabitliyini, inkişafını əngəlləyən Dağlıq Qarabaq, Abxaziya və Cənubi Osetiyada mövcud olan münaqişələrin həllinə töhfə vermək üçün cəsarətli və fəal mövqe nümayiş etdirəcəyinə ümid etmək istədiyini bildirb.

Cənubi Qafqazın Aİ üçün prioritet olduğunu qeyd edən Avropalı komissar bəyan edib ki, Təşkilat münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti yaratmaqla problemlərin kökündən həll olunmasına yardım edə bilər. Gələn aylarda biz əlimizdə olan bütün maliyyə yardımı proqramlarını səfərbər edəcəyik. Bir neçə həftədən sonra Azərbaycanda Aİ-nın daimi Nümatəndəliyi açılacaq. Bi isə Aİ-nın daha təsirli və görünəkli olmasına imkan verəcək.

Sonda onu da qeyd edək ki, Azərbaycanla Aİ arasında Fəaliyyət Planı 14 noyabr 2006-cı ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti