...

Latviya səfirliyi Azərbaycan vətəndaşlarına şengen vizaları verilməsinə başlayıb

Siyasət Materials 21 Yanvar 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend / Latviya səfirliyi Azərbaycan vətəndaşlarına şengen vizalarının verilməsinə başlayıb.

2007-ci il dekabrın 21-dən Latviya Şengen müqaviləsinin iştirakçısı olub.

"Bu, şengen vizası alaraq və Şengenə daxil olan bütün dövlətlərin ərazisində sərbəst hərəkət edə biləcək Azərbaycan Respublikası vətəndaşlarının qarşısında yeni imkanlar açır", - bazar ertəsi Latviyanın Azərbaycandakı konsulu Marçis Maksims jurnalistlərə bildirib. O, şengen vizalarının verilməsi üçün Latviya hökumətinin qanunvericiliyə lazımi dəyişikliklər etdiyini bildirib.

Bundan sonra, Latviyada Azərbaycandan turist axınının artmasını gözləyilər. Konsul Latviyanın turizm operatorlarının Azərbaycan şirkətləri ilə işləməyə hazır olduqlarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti