...

Prezident İlham Əliyev ali təhsil müəssisələrinin Avropa ali təhsil m əkanına inteqrasiyası ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 1 Yanvar 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 31yanvar/ Trend / Prezident İlham Əliyev Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, təhsil nazirliyi, tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsini martın 30-dək hazırlamalıdır. Eləcə də, xarici işlər nazirliyi ölkənin ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədilə Bolonya prosesinin ölkəmizdə reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə məsul edilir. Nazirlər Kabinetinə tapşırılıb ki, təhsil nazirliyinin təklifləri nəzərə alınmaqla, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasını təmin etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti