...

Danmarkalı karikaturaçıya sui-qəsd şəriətə zidd və haramdır- İranın yüksəkmərtəbəli dini alimi

Siyasət Materials 14 Fevral 2008 10:49 (UTC +04:00)
Danmarkalı karikaturaçıya sui-qəsd şəriətə zidd və haramdır- İranın yüksəkmərtəbəli dini alimi

Azərbaycan, Bakı, 13 fevral / "Trend / müxbir D.Xatınoğlu/ Məhəmməd peyğəmbərin karikaturasını çəkən danmarkalı jurnalistlərin terrora məruz qalması düzgün deyil və şəriətə ziddir- deyə İran müctəhidi (yüksəkrütbəli dini alim) ayətullah Hüseynəli Müntəziri çərşənbə qünü Trend ə bildirib.

Fevralın 12-də Məhəmməd peyğmbərin karikaturasını 2005-ci ildə çəkən danimarkalı rəssamlardan birinə sui - qəsddə təqsirləndirilən 3 nəfər həbs olunub. Onlardan ikisi Tunis , biri isə - əslən Mərakeşdəndir. Ehtimal olunur ki, onlar 73 yaşlı karikaturaçıt Kurt Vesterqarda sui - qəsd hazırlayırdılar.

Ayətullah Müntəziri İranın Qum şəhərindən telefonla bu barədə öz fətvasını bildirərək, qeyd edib ki, şəriət qanunlarına əsasən, müqəddəsləri təhqir edən şəxslərin işləri qanuni məhkəməyə tapşırılmalıdır. "Məhkəmənin qərarı olmadan hər hansı bir cəzanın tətbiq olunması şəriətin qanunlarına ziddir və belə hərəkətlər ölkədə özbaşınalıq və qanunsuzluğun yayılması ilə nəticələnir. Ayətulla Müntəziri əlavə edib ki, danimarklı karikaturaçıların qətlinə səy göstərmək haramdır.

Almanyada fəaliyyət göstərən Ex-müslim Təşkilatının sədri Mina Əhədi isə, bu gün telefonla Trend ə musahibəsində bildirib ki, danmarkalı karikaturaçının əsərlərində Məhəmməd peyğəmbərə toxunan məqam yoxdur. "Mən şəxsən Kurt Vestergardla və onun əsərləri ilə yaxından tanışam və 2005-ci ildən indiyədək hər zaman onun haqlı olduğunu müdafiə etmişəm. Heç bir məhkəmə ona qarşı qaldırılan ittihamı sübut etməyib və islami terroristlərin onun ölümünə səy göstərməsi qanunsuzluqdur, bunu söz və vicdan azadlığına qarşı atılan addım hesab edirəm" - deyə, Əhədi bildirib. Əhədi bildirib ki, islami terrorçuların belə hərəkətlərinin qarşısı qəti şəkildə alınmalıdır və lazımi tədbirlər görülməlidir.

Fevralın 12-də Danimarkanın 5 qündəlik qəzeti sui - qəsd cəhdinə cavab olaraq, 2005 ildə qalmaqala səbəb olmuş karikaturaları yenidən dərc edib.

Xəbər lenti

Xəbər lenti