...

Altıncı Qarabağ Forumu keçiriləcək

Siyasət Materials 15 Fevral 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend C.Babayeva/ Fevralın 25-də Bakıda "Demokratik Seçki Mərkəzi"nin təşkilatçılığı ilə altıncı Qarabağ Forumu keçiriləcək. Bu barədə cümə günü Trend ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Orucun bildirdiyinə görə, siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək Forum əsasən Xocalı faciəsinə həsr olunacaq.

Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 16-cı ildönümü qeyd olunacaq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib

"Tədbirdə həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət də müzakirə olunacaq və Xocalı faciəsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət qəbul olunacaq" - deyə Oruc bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - jamila

Xəbər lenti

Xəbər lenti