Azərbaycan, Qazax, 27 fevral / Trend , müxbir N.Fəttulayeva/ Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) orqanlarında növbəti kadr islahatları aparılıb. Gəncə şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsində işləmiş Vaqif İsmayılov Tovuz rayonunun polis rəisi təyin olunub.
Daxili işlər nazirinin əmri ilə Tovuz rayonunun polis rəisi Rəşid Səfərov tutduğu vəzifəsindən azad edilərək Astara rayonuna rəis təyin edilib.
İsmaylıov cinayət-axtarış şöbəsində 5 ildir ki, fəaliyyət göstərirdi.
Səfərov Tovuz rayon Polis İdarəsinin rəisi vəzifəsində 2005-ci illdən çalışırdı.
DİN-in mətbuat xidməti məlumatı təsdiqləyib,