...

Hakim partiyanın mətbu orqanının baş redaktoru vəzifəsindən uzaqlaşdırılıb

Siyasət Materials 28 Fevral 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.İlhamqızı/ "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Trend f Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəzetdəki kadr dəyişiklikləri barədə ətraflı məlumat veriləcək.

"Yeni Azərbaycan" qəzeti hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanıdır.

Alqış Həsənoğlu 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 11 il "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olub.

Xəbər lenti

Xəbər lenti