Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü ABŞ Dövlət Katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.