...

Müxalifətin seçkiyə qatılmaması seçkinin demokratikliyini şübhə altına almayacaq -Azərbaycanın hakim partiyasının rəsmisi

Siyasət Materials 6 Mart 2008 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend ", müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, Azərbaycan müxalifətinin seçkidə iştirak etməməsi seçkinin nəticəsinə təsir etməyəcək. "Müxalifətin aparıcı partiyalarının seçkiyə qatılmaması seçkinin demokratikliyini şübhə altına almayacaq" cümə axşamı Trend ə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Azərbaycanda seçkilər oktyabrda keçiriləcək. Müxalifətin Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının təmsil olunduğu "Azadlıq" bloku seçki komissiyalarının tərkibi dəyişməyəcəyi halda seçkini boykot edəcəyini bildirib. Bundan başqa, seçkidə iştirak qərarı olan Müsavat, Böyük Quruluş, Demokrat, Milli İstiqlal partiyaları seçki ərəfəsi öz qərarlarına yenidən baxacaqlarını bildiriblər. Onlar bunu hazırda ölkədə demokratik seçkinin keçirilməsi üçün mühitin olmaması ilə izah ediblər.

Qurbanlı deyib ki, seçkinin demokratikliyinin əsas şərti əhalinin səsvermədə iştirakıdır. Onun sözlərinə görə, Azərbaycanda müxalifətin zəif olduğu hamıya, hətta müxalifətin özünə də məlumdur. "Müxalifət partiyaları ümumilikdə Azərbaycan elektoratının 10 faizinin səsini belə toplaya bilməyəcək" YAP rəsmisi əlavə edib.

Qurbanlı hesab edir ki, Azərbaycanda siyasi mühit normaldır, seçkilərə hər partiya öz namizədi ilə qatıla bilər.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti