...

Azərbaycan prezidenti Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 6 Mart 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir S.İlhamqızı/ Prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın etimadnaməsini qəbul edib. Kılıç Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib. Azərbaycan-Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olduğunu vurğulayan prezident Əliyev gələcəkdə də əməkdaşlığın, işbirliyinin möhkəmlənəcəyini deyib. Prezident Əliyevin sözlərinə görə, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr qardaşlıq, dostluq əsasında qurulub və bu, ölkələrin münasibətini daha da gücləndirir. Prezident əlavə edib ki, Azərbaycan-Türkiyə əlaqələri nə qədər yaxın, möhkəm olsa, bölgədə və dünyada mövqeləri də bir o qədər güclü olacaq. Prezident Türkiyə diplomatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Kılıç Bakıya gəlməkdən və burada fəaliyyət göstərməkdən məmnunluq duyduğunu bildirib. O, iki dost, qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini, bu işdə Azərbaycan rəhbərliyinin dəstəyinə ümid bəslədiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti