...

Gürcüstan müxalifəti martın 9-da keçiriləcək mitinqə üç istiqamət üzrə hazırlaşacaq – müxalifət partiyasının lideri

Siyasət Materials 7 Mart 2008 16:06 (UTC +04:00)
Gürcüstan müxalifəti martın 9-da keçiriləcək mitinqə üç istiqamət üzrə hazırlaşacaq – müxalifət partiyasının lideri

Gürcüstan, Tbilisi, 07 mart / " müxbir N. Kirtsxaliya/ Birləşmiş Müxalifət martın 9 - da parlament binası qaşısında keəçiriləcək etiraz akisyasının nəticə etibarı ilə səmərəli olması üçün üçüncü istiqamət üzrə işləyəcək.

Müxalifət liderlərindən biri, "Kartuli dasi" partiyasının sədri Condi Baqaturiya Trend a müsahibəsində bildirib ki, aksiyanın keçirilməsi ilə üç qrup məşğuldur.

Onun sözlərinə görə, insanların səfərbərliyi və digər təşkilati məsələlər üzərində işləyən təşkilat qrupu, aksiyanın keçirilməsinə dair razılığın alınması üzrində işləyən hüquq qrupu, fəaliyyəti beynəlxalq informasiya dəstəyinə yönəldilən beynəlxalq qrup yaradılıb.

"Əhalini aksiyanın keçirilmə vaxtı ilə tanış etmək məqsədilə müxalifət qrupları paytaxtın bütün rayonlarına gedir. Bütün ölkə miqyası üzrə hərəkətə başlaycaq və iki gün ərzində əhali arasında təşviqat aparacaq qruplardan biri bu gün Rikedə toplaşacaq. Həmçinin, "gizli kampaniya" keçiriləcək və kampaniya çərçivəsində müxalifət liderlərinin metroda və sərnişinlərlə görüşü nəzərdə tutulub" -deyə Baqaturiya bildirib.

Onun sözlərinə görə, kulminasiya nöqtəsi mitinq olacaq. Burada birləşmiş müxalifət hakimiyyətə təslim olmadıqlarını göstərəcək. "Biz ölkə rəhbərliyinə inandıq və onlarla danışıqlara başladıq, əvəzində isə, rəhbərlik fəallığın azalmasını müxalifətin zəifliyi kimi qəbul etdilər", - deyə "Kartuli dasi"nin lideri bildirib. Onun sözlərinə görə, yenidən yanvarın 5-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə yenidən baxılması və ikinci turun təyin təyin olunması məsələsi ortaya qoyulacaq.

Baqaturiya aksiyanın müntəzəm xarakter daşıyacağını da istisna etməyib. Müxalifət şəhər meriyasından martın 9-da mitinqin keçirilməsinə icazə verməyib. İcazə 10 günə veriləcək.

Xəbər lenti

Xəbər lenti