...

İslam ölkələri XİN başçıları Dakarda görüşüblər

Siyasət Materials 10 Mart 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart/ " müxbir E.Hüseynov/ Bazar ertəsi Dakarda İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirləri səviyyəsində 11-ci sessiyası öz işinə başlayıb. Bu barədə Trend -a bu gün İKT-nin mətbuat xidmətindən məlumat veriblər.

Nazirlər İKT-nin 10 illik Fəaliyyət Proqramının reallaşdırılması və təşkilatın Nizamnaməsinin yeniləşmiş variantının qəbul edilməsi məsələlərini müzakirə edəcəklər. Görüşün gündəliyinə Fələstin, Livan, İraq və Somali, o cümlədən Darfur münaqişəsi problemləri daxil olub. Bundan əlavə, müzakirələrin gündəliyinə islamafobiya problemi, İKT-ə üzv ölkələr, xüsusilə də Afrika dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri daxildir. Nazirlər səviyyəsində hazırlanan sənədlər İKT-nin martın 13 -14-də Dakarda keçirilməsi nəzərdə tutulan iclasında təqdim olunacaqlar. Bu barədə Ciddədən telefonla, İKT-nin mətubat xidmətindən məlumat veriblər.

Bazar ertəsi Azərbaycan XİN- nin mətbuat mərkəzindən Trend -a, Azərbaycanı Dakarda XİN rəhbərlərinin görüşündə xarici işlər nazirinin müavini Vaqif Sadıqovun təmsil etdiyini bildiriblər.

İKT 1969-cu ildə müsəlman dövlət və hökumət başçılarının Rabatda keçirilən konfransında təsis edilib. İKT-də 57 dövlət üzv və 10 dövlət müşahidəçi qismində təmsil olunur. Azərbaycan 1992-ci ildə İKT-ə daxil olub.

Xəbər lenti

Xəbər lenti