...

Ukrayna Baş nazirinin Azərbaycana səfər tarixi dəyişdirilib

Siyasət Materials 13 Mart 2008 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir S.Ağayeva / Ukraynanın Baş naziri Yuliya Timoşenko Bakıda "Ağ axın" (White Stream) qaz kəməri layihəsi çərçivəsində enerji əməkdaşlığı məsələlərini müzakirə etmək niyyətindədir. Ukrayna hökumətinin rəhbəri bu məqsədlə aprel ayının əvvəlində Bakıya səfər edəcək. Bu barədə cümə axşamı Trend a Kiyevdən telefonla Ukrayna Ali Radasının deputatı Andrey Şkil məlumat verib.

Fevral ayında Brüsselə səfər zamanı Yuliya Timoşenko tərəfindən təklif olunan "Ağ axın" ideyası Türkmənistandan başlayaraq Azərbaycan ərazisindən keçməklə Supsa limanına, daha sonra Qara dənizin dibi ilə Krımdan keçərək Avropa Birliyi (AB) ölkələri istiqamətində qaz kəmərinin tikintisindən ibarətdir.

Fevral ayında Avropa Komissiyası koordinatorunun şərq-qərb dəhlizi üzrə cənub qaznəqliyyat layihələri məsələlərinə dair köməkçisi Brendan Devlin bildirib ki, AB "Ağ axın" layihəsinin reallaşdırılmasında maraqlıdır və bu layihə AB ölkələrinin qaz təchizatının diversiyalaşdırılmasına imkan verəcək. Devlinin sözlərinə görə, layihənin texniki maliyyələşdirilməsi vahid Transavropa enerji şəbəkəsinin yaradılması layihələrinin reallaşdırılması üzrə maliyyə alətləri vasitəsilə həyta keçirilə bilər.

Deputat bildirib ki, səfər ilk əvvəl martın oratalarına planlaşdırılmışdı. Lakin dünən məlum oldu ki, Timoşenko Azərbaycana Ukrayna prezident Viktor Yuşenkonun mart ayının sonlarında Bakıya nəzərdə tutulan səfərindən sonra gəlməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti