...

Rusiya tanınmamış respublikalar ərazisində öz nümayəndəliklərini açmaq niyyətindədir

Siyasət Materials 13 Mart 2008 16:21 (UTC +04:00)
Rusiya tanınmamış respublikalar ərazisində öz nümayəndəliklərini açmaq niyyətindədir

Rusiya, Moskva, 13 mart/ " , müxbir R.Ağayev/ Rusiya Cənubi Osetiya, Abxaziya və Dnestryanı tanınmamış respublikaların ərazisində öz nümayəndəliklərini açmaq niyyətindədir. Bu barədə bu gün, post-sovet məkanındakı "dondurulmuş" münaqişələr məsələsi ilə bağlı MDB işləri üzrə Dövlət Duması Komitəsinin dinləmələrindən əvvəl yayılan pres-relizdə bildirilir.

Pres-relizdə deyilir ki, Rusiya Cənubi Osetiya, Abxaziya və Dnestryanı tanınmamış respublikaların ərazisində öz nümayəndəliklərini açmaq və bu respublikalarla RF subyektlərinin hərtərəfli sosial və humanitar əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.

Bundan əlavə, iclasda Cənubi Osetiya, Abxaziya və Dnestryanı ilə münasibətlər formatının dəyişdirilməsi və bu respublikalara qarşı münasibətdə xarici siyasi, iqtisadi və hərbi təzyiq göstərilməsi cəhdlərinə mane olmaq haqqında təklif irəli sürülüb. Pres-relizdə qeyd edilir ki, Rusiya tərəfi iclasda tanınmamış respublikaların nümayəndələrinin bütün beynəlxalq təşkilatlarda və onların maraqlarına toxunacaq forumlarda iştirak etməsinə və bu ərazilərdə Rusiya vətəndaşlarının hüquqlarına riayət olunmasına çalışacaq.

Cənubi Osetiya, Abxaziya və Dnestryanı ərazisindəki Rusiya iştirakı olan müəssisələrdə istehsal olunan məhsulların gömrük rüsumu olmadan Rusiyaya gətirilməsi üzrə təklif hazırlanacaq.

Dağlıq Qarabağ məsələsi MDB işləri və həmvətənlərlə əlaqələr üzrə Dövlət Duması Komitəsinin sabahkı iclasının gündəliyinə ümumiyyətlə çıxarılmayıb. Bu barədə Trend a bir müddət öncə Komitə aparatının rəhbəri Mariya Lazutova məlumat verib.

Xəbər lenti

Xəbər lenti