...

Azərbaycan və Venesiya Komissiyası seçki komissiyalarının formalaşdırılmasına dair vahid qərara gəlməyiblər

Siyasət Materials 15 Mart 2008 20:03 (UTC +04:00)
Azərbaycan və Venesiya Komissiyası seçki komissiyalarının  formalaşdırılmasına dair vahid qərara gəlməyiblər

Azərbaycan, Bakı, 15 mart/ Trend müxbir K.Ramazanova/ Azərbaycan hökuməti və Venesiya Komissiyası ölkədə seçki komissiyalarının formalaşdırılmasına dair vahid rəyə gəlməyiblər. Bu barədə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclis apparatının dövlət quruluşu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov şənbə günü telefonla Venesiyadan Trend -a məlumat verib.

"Biz seçki komissiyalarının formalaşdırılması məsələsi üzrə Venesiya Komissiyası ilə dialoqu davam etdirməyə hazırıq. Lakin bu məsələ üzrə Avropada vahid standartlar yoxdur", - o bildirib.

2008-ci ildə keçiriləcək seçkilər ərəfəsində Venesiya Komissiyası və Azərbaycan hökuməti arasında martın 14-15-də Seçki Məcəlləsində dəyişikliklər və əlavələr edilməsi üzrə müzakirələr keçirilib.

Hüseynovun sözlərinə görə, Azərbaycan Venesiya Komisiyasının təklifləri və müxalifətlə müzakirələrə hazırdır. Müxalifət partiyaları seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını təklif ediblər.

O qeyd edib ki, müxalifət və hakimiyyətin Venesiya Komissiyası ilə Bakıda keçirilən dəyirmi masanın gedişində müzakirə edilmiş bütün təklifləri Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi üzrə layihəyə daxil ediliblər. Layihə Milli Məclisə təqdim ediləcək.

Noyabrın əvvəlində Bakıda Venesiya Komissiyası, ATƏT və ilk dəfə olaraq Azərbaycanın siyasi partiyalarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşün gedişində seçki komissiyalarının tərkibi və seçki prosesi ilə bağlı qərarlardan şikayət edilməsi məsələləri müzakirə edilib.

Hüseynovun sözlərinə görə, Venesiya Komissiyası dialoqun davam etdirilməsinə tərəfdarıdır.

Azərbaycanın hazırki Seçki Məcəlləsinə əsasən, şikayətlərə yuxarı seçki komissiyalar və məhkəmələr baxır. Venesiya Komissiyasının nümayəndələri onların nəzərdən keçirilmə müddətinin azaldılmasını tələb edirlər.

Məcəllə üzərində işləri payızadək başa çatdırmaq planlaşdırılırdı. Lakin müxalifət partiyalarının seçki komissiyalarının tərkibinin formalaşdırılması üzrə mövqeyi ilə əlaqədar proses uzanıb. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku iyunda Venesiya Komissiyasına Azərbaycanın Seçki Məcəlləsinə düzəlişlər və əlavələr haqqında təkliflər paketi göndərib. Burada, seçki komissiyalarının yeni tərkibinin paritet əsasda formalaşdırılması məsələsi öz əksini tapıb.

Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti arasında birgə iş çərçivəsində artıq Məcəlləyə səsvermənin gedişində barmaqların nişanlanması üzrə maddənin əlavə edilməsi haqqında qərar qəbul edilib. Tərəflər həmçinin səsvermə zamanı konvertlərdən istifadə etməmək haqqında razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti