...

Gürcüstan müxalifəti Saakaşvili tərəfindən elan edilmiş parlament seçkilərinin keçiriləcəyi tarixlə ümumilikdə razıdır

Siyasət Materials 19 Mart 2008 16:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi,19 fevral/ " müxbir N.Kirtsxaliya/ Parlament seçkilərinin keçiriləcəyi tarix Gürcüstanın müxalifət spektri üçün məqbuldur. "Sənaye Gürcüstanı xilas edəcək" partiyası istisna edilməklə, Gürcüstanın, demək olar ki, bütün müxalifət partiyaları Gürcüstan prezidentinin Gürcüstandakı parlament seçkilərini mayın 21-də keçirmək fikri ilə razıdırlar.

Gürcüstan prezidenti Mixail Saakaşvili Nyu-Yorka səfəri ərəfəsində jurnalistlərə bildirib ki, parlament seçkilərinin mayın 21-də keçirilməsi nəzərdə tutulur. "Biz bu məsələni müxalifətlə müzakirə etmişik. Onlar seçkilərin mayın 24-də keçirilməsini istəyirlər. Belə ki, müxalifət mayın 26-da müstəqillik günündə keçiriləcək hərbi paradın ölkə əhalisini hakimiyyətə meylli edəcəyindən qorxur", - prezident bildirib.

"Prezident seçkiləri istənilən vaxta, hətta mayın 31-nə də təyin edə bilər və biz kimin qalib gələcəyini ona göstərəcəyik", - çərşənbə günü "Yeni Sağlar"-ın lideri David Qamkrelidze Trend -a bildirib.

Birləşmiş müxalifətin liderlərindən olan Giorgi Çaqareişvili bu gün Trend -a bildirib ki, seçkilərin nə vaxt keçiriləcəyinə xüsusi əhəmiyyət vermir. "Bizim üçün əsas xalqın iradəsi olub. Xalq öz iradəsini plebisit zamanı göstərib və bu iradə seçkilərin 2008-ci ilin yazında keçirilməli olduğunu bildirib", - Çaqareişvili bildirib.

Sənaye Gürcüstanı xilas edəcək" edəcək partiyasına gəlincə isə, bu partiyanın parlament fraksiyasının lideri Zurab Tkemaladze Trend ilə söhbətdə bildirib ki, 21 may tarixinin yeganə mənfi cəhəti bu günün həftənin ortasına düşməsi ilə bağlıdır və bu, seçicilər üçün problemlər yaradacaq.

Xəbər lenti

Xəbər lenti