...

Azərbaycanın hakim partiyası ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıdakı səfirliklərinə etiraz bəyanatı göndərib

Siyasət Materials 31 Mart 2008 17:07 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıdakı səfirliklərinə etiraz bəyanatı göndərib

Azərbaycan, Bakı, 31 mart / Trend ", müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıdakı səfirliklərinə (ABŞ, Fransa, Rusiya) etiraz bəyanatı göndərib. Bu barədə bazar ertəsi Trend a YAP-ın mətubat xidmətindən məlumat verilib.

BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməyə səsvermə zamanı ATƏT-in Minsk qrupu həmsədrləri həmin sənədin əleyhinə səs veriblər.

YAP-ın bəyanatında ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətinə nəzər salınıb, konfliktin hələ də öz həllini tapmamasında bu qurumun üzərinə düşən məsuliyyət bir daha qeyd edilib. Vurğulanıb ki, Minsk qrupu həmsədrləri tərəflərə qeyri-bərabər münasibət göstərib, hətta bəzi hallarda Ermənistanın təcavüzkar əməllərini pərdələyən açıqlamalar verməklə münaqişənin həlli prosesinə xidmət etməyən addımlar atıblar. Belə münasibət xüsusilə, BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməyə səsvermə zamanı daha bariz şəkildə özünü göstərib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin həmin qətnamənin əleyhinə səs verməsi və onların bu addımının Azərbaycan ictimai rəyində doğurduğu kəskin etiraz bəyanatda öz əksini tapıb.

Bəyanatı imzalayan siyasi partiyalar və Milli QHT Forumu ATƏT-in Minsk qrupu həmsədrlərinin məlum qətnaməyə münasibətdə tutduqları mövqeni qətiyyətlə pisləyib və onları vasitəçilik missiyasının tələblərinə uyğun olaraq beynəlxalq hüququn norma və prinsipləri əsasında fəaliyyət göstərməyə çağırıblar.

Bəyanatı YAP-la birgə Ana Vətən, Sosial-Rifah, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Vətəndaş Birliyi, Vətəndaş Həmrəyliyi, Azərbaycan Naminə Alyans və Qeyri-Hökumət Təşkilatlarının Milli Forumu imzalayıb.

YAP 1992-ci ildə Naxçıvanda mərhum prezident Heydər Əliyev tərəfindən təsisi olunub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti