...

AŞPA-nın yaz sessiyasının gündəliyi acıqlanıb

Siyasət Materials 8 Aprel 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi acıqlanıb. AŞPA-nın rəsmi saytında çərşənbə axşamı yerləşdirilən məlumata əsasən, sessiyada Ermənistan, Serbiya, Rusiya və Monteneqroda keçirilən prezident və Monokodakı parlament seçkilərinin nəticələri müzakirə olunacaq. Trend un məlumatına görə, sessiyada İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan hakimlərin seçilməsi məsələsinə baxılacaq.

AŞPA-nın yaz sessiyası aprelin 14-dən 18-dək Strasburqda keçiriləcək.

Slovakiya prezidenti İvan Kaşparoviç, Almaniyanın federal kansleri Angela Merkel, Ukraynanın Baş naziri Yulya Timoşenko, Fransanın xarici işlər naziri Bernar Kuşer və Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş AŞPA deputatları qarşısında çıxış edəcəklər.

Sessiyada AŞPA-nın yeni vitse-prezidentinin seçilməsi məsələsinə də baxılacaq.

Eyni zamanda, Avropa Şurasının insan hüquqları üzrə komissiarı Tomas Hammarberq təşkilata üzv olan ölkələrdə 2007-ci ildə insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat və bəyanatla çıxış edəcək.

Sessiyada Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti