...

Gürcüstanın hakim partiyası seçkiqabağı siyahılarında Gürcüstan azərbaycanlılarını təqdim etməyə hazırdır – Nino Burcanadze

Siyasət Materials 8 Aprel 2008 16:56 (UTC +04:00)
Gürcüstanın hakim partiyası seçkiqabağı siyahılarında Gürcüstan azərbaycanlılarını təqdim etməyə hazırdır – Nino Burcanadze

Gürcüstan, Tbilisi, 08 aprel / müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin sədri, hakim "Vahid Milli Hərəkat" partiyasının seçki siyahısında adı birinci olan Nino Burcanadze Gürcüstanın milli azlıqlarını təmsil edən partiyalarla, o cümlədən azərbaycanlıların "Qeyrət" təşkilatı ilə danışıqlar faktını təsdiqləyib.

"Biz danışıqlar aparırıq. Bununla partiyamızın fəalları məşğul olur və bu danışıqların detalları barədə məlumatım yoxdur. Yalnız danışıqların olması faktını təsdiqləyə bilərəm", - çərşənbə axşamı Burcanadze Trend -a bildirib.

O vurğulayıb ki, hakim partiya Gürcüstanın milli azlıqlarını daim dəstəkləyib: "Biz milli azlıqların Gürcüstan parlamentində təmsil olunmalarına daim can atmışıq". " "Qeyrət" bizimlə əməkdaşlıq etmək və VMH-in vahid siyahılarında olmaq istəyirsə, heç bir problem yoxdur. Biz vətəndaşlarımızı millətlərə ayırmırıq və hesab edirik ki, bütün milli azlıqların nümayəndələri Gürcüstan parlamentində təmsil olunmalıdırlar", - sədr əlavə edib.

Xəbər lenti

Xəbər lenti