Azərbaycan, Bakı, 05 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev mayın 5-də Prezident sarayında İran İslam Respublikasının Nizam-İntizam Qüvvələri Sərhəd Polisinin rəisi, general-mayor Qasım Rezayini qəbul edib.
Görüşdə Azərbaycan və İranın müxtəlif qurumları, o cümlədən sərhəd xidmətləri arasında əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyi vurğulanıb.