Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir İ.Əlizadə/ Çin parlamentinin sədri Vu Banqquonun Azərbaycana səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq. "Mayın sonlarında Çin parlamentinin sədri Banqquo Azərbaycana rəsmi səfərə gələcək. Səfər Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun dəvəti ilə həyata keçiriləcək", -deyə bazar ertəsi Trend -a Azərbaycan parlamentinin Beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, səfərdə məqsəd iki ölkə arasında, o cümlədən parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
Hazırda səfərin tarixi və proqramı dəqiqləşdirilir.
Çin parlamentinin sədri Milli Məclis, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarında bir sıra görüşlər keçirəcək. Banqquonu prezident İlham Əliyevin qəbul edəcəyi də nəzərdə tutulub.
Azərbaycan parlamentində Çinlə əlaqələr üzrə İşçi Qrup fəaliyyət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]