Azərbaycan, Bakı, 08 may/ Trend , müxbir E.Tarıverdiyeva, R.Hafizoğlu/ Livanın "Hizbullah" şiə partiyasının Livanda hakimiyyəti ələ almaq cəhdləri ölkəni yeni vətəndaş qarşıdurmasına sürükləyə bilər. "Hizbullah Livanda hərbi çevriliş etməyə can atır", - Livan parlamentinin deputatı Vail Əbu-Faur hesab edir.
Livanın sünni müsəlmanlarının dini lideri Məhəmməd Kəbbani çərşənbə günü "Hizbullah" şiə hərəkatını, ölkəni özünə tabe etməyə səy göstərməkdə ittiham edib. Bu barədə bir gün əvvəl RİA Novosti xəbər verib. "Hizbullah Livanı özünə tabe etməyə çalışır", - o, telemüraciətdə bildirib və başlamış tətilin çevrildiyi "zorakılığı" dayandırmağı tələb edib.
""Hizbullah" partiyası müqavimət qrupundan hakim qüvvəyə, hökumət səviyyəsində qəti hərəkət edə bilən partiyaya çevrilmək niyyətindədir", - Əbu-Faur cümə axşamı Beyrutdan telefonla Trend -a bildirib.
Deputat Beyrutdakı son toqquşmaların arxasında İran hökumətinin dayandığını hesab edir. "İran Livanda şiəyönümlü islam dövlətinin yaradılması üçün bütün imkanlardan istifadə edir. Livanın şiə və sünniləri arasında toqquşma ehtimalı azdır. Lakin, Livanda dini əsasa malik olmayan vətəndaş müharibəsinin qaçılmaz olması ehtimalı çox böyükdür", - Əbu-Faur bildirib.
Deputat hesab edir ki, "Hizbullah" və İran dayandırılmasa, region tamamilə nəzarətdən çıxacaq ki, bu da Livanın və onunla qonşu ölkələrin demokratik gələcəyinə zərəbə olacaq.
""Hizbullah",həqiqətən, Livanda hakimiyyəti ələ ala bilər və bu,vətəndaş müharibəsinin başlaması üçün qığılcım olacaq", - qətərli politoloq Mehran Kamrava hesab edir. "Müxtəlif qruplaşmalar, o cümlədən şiə qruplaşmalarının əksəriyyəti belə zəbtetməni dəstəkləməyəcəklər. "Hizbullah" radio və televiziya stansiyalarını zəbt etsə, şəhərləri və şəhərətraflarını tutsa və özünü hakimiyyətdə elan etsə, yalnız şiələr deyil, həm hazırda bu partiyanı dəstəkləyən sünnülər və xristianlar arasında dəstəyi ciddi şəkildə korlayacağına dair böyük risk mövcuddur", - Beynəxalq və Regional Tədqiqatlar Mərkəzsinin direktoru Kamarva cümə axşamı elektron poçu ilə Dohadan Trend -a bildirib.
"Həm Livanda, həm də digər ölkələrdə sünni və şiələr arasında ciddi münaiqşənin şahidi olacağımızı düşünmürəm", - politoloq bildirib. Onun rəyinə görə, öz ölkəsinin ərazisində şiələrlə ciddi problemləri olan İordaniya kralı bu münaqişədə çox maraqlıdır. Lakin dinlərin qarşıdurmasını gözləməyə əsas yoxdur.
Kamarva xatırladıb ki, 2007-ci ildə ərəb ölkələri arasında ictimai sorğu aparılıb və aydın olub ki, məsələn, əksəriyyəti sünni olan Misirin, demək olar ki, bütün əhalisi üçün ən məşhur şəxs Həsən Nəsrulla, ikinci yerdə isə, Əhmədinejaddır və onların hər ikisi şiədir. Ekspert hesab edir ki, bu faktdan çıxış edərək, islamın iki istiqaməti arasında münaqişədən danışmaq mənasızdır.
Trend -un Livanın iki ay əvvəl hakmiyyəti "Hizbullah"a qarşı müharibəyə çağıran Mütərəqqi-Sosialist Partiyasının rəhbəri Valid Cumblatdan şərh almaq cəhdləri nəticə verməyib.
"Hizbullah" Livanda İran nümunəli islam dövlətinin yaradılması uğrunda çıxış edən şiə təşkilatıdır. İdeologiyasının əsasında, İran inqlibanının rəhbəri İmam Xomeyninin yaratdığı şiə islamçı ideologiyası dayanır.
"Hizbullah" dünyanın altı ölkəsində, o cümlədən Avstraliya, Böyük Britaniya, Kanada, İsrail və ABŞ-da terrorçu təşkilat elan edilib.