...

Azərbaycan prezidenti "Dövlət qulluğu haqqında" qanuna əlavələr edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 9 May 2008 21:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev  "Dövlət qulluğu haqqında" qanuna əlavələr edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentinə məlumat versin; öz səlahiyyətləri daxilində "Dövlət qulluğu haqqında" qanuna əlavələr edilməsi barədə" qanunundan irəli gələn digər məsələləri həll etsin.

Habelə müəyyən edilsin ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin birinci və ikinci abzaslarında, 29.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri nəzərdə tutulur.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti