...

Azərbaycanda Rusiyaya narkotik vasitə keçirmək istəyən dəstə zərərsizləşdirilib

Siyasət Materials 15 May 2008 11:50 (UTC +04:00)
Azərbaycanda Rusiyaya narkotik vasitə keçirmək istəyən dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı,15 may / Trend , müxbir K.Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi İran-Azərbaycan-Rusiya marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasıyla məşğul olan daha bir qrupu zərərsizləşdirib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından cümə axşamı Trend a bildirilib ki, MTN-in ötən ay keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 33 kiloqram, 478 qram narkotik vasitə olan həşiş çıxarılıb.

Səkkiz nəfərlik dəstə üzvlərinin yeddisi Azərbaycan, biri isə Rusiya vətəndaşı olub.

Dəstə üzvləri məhkəmənin qərarı ilə həbs olunublar. Faktla bağlı MTN-in İstintaq İdarəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

Komissiyadan bildirilib ki, MTN bir necə gün öncə bir İran, iki Azərbaycan vətəndaşından ibarət qrupu da zərərsizləşdirib.

Dəstə üzvlərindən 1 kiloqrama yaxın heroin götürülüb. Bu faktla bağlı da cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti