...

İran Azərbaycandakı prezident seçkilərində müxalifəti dəstəkləmək niyyətində deyil – səfir

Siyasət Materials 16 May 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may/ Trend , müxbir S.Ağayeva/ İran Azərbaycandakı prezident seçkilərində müxalifəti dəstəkləmək niyyətində deyil.

"İran Azərbaycanın daxili işlərinə müdaxilə etmir və gələcək prezident seçkilərində müxalifəti dəstəkləməyi planlaşdırmır", - İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare cümə günü jurnalistlərə bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-ə təyin edilib.

Azərbaycanın müxalifət KİV-də İran hakimiyyətinin qarşıdakı seçkilərdə müxalifəti dəstəkləmək niyyəti haqqında məlumat nəşr edilib.

"Belə şayiələr Azərbaycan və İran arasında münasibətləri pozmağa çalışan qüvvələrin sifarişi ilə yayılır. Azərbaycan prezidenti dəfələrlə bildirib ki, hakimiyyət ölkədə demokratik və azad seçkilərin keçirilməsini təmin edəcək, Azərbaycan xalqı isə, azad şəkildə öz iradəsini ifadə edəcək", - diplomat bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti