...

Azərbaycan və Türkmənistan prezidentləri Bakıda keçirilən danışıqlardan razıdırlar

Siyasət Materials 19 May 2008 17:01 (UTC +04:00)
Azərbaycan və Türkmənistan prezidentləri Bakıda keçirilən danışıqlardan razıdırlar

Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir Y.Əliyev/ Türkmənistan və Azərbaycan arasında bütün məsələlər üzrə yüksək qarşılıqlı anlaşma səviyyəsi mövcuddur. Bu barədə bazar ertəsi Bakıda, Azərbaycan prezidenti İlham Əliyev məlumat verib.

Əliyev, türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhammedovla danışıqların yekunları üzrə birgə bəyanat zamanı bildirib ki, danışıqlar çox konstruktiv keçib, ikitərəfli əməkdaşlığın inkişafı və onun perspektivləri məsələləri müzakirə edilib.

Türkmənistan lideri ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib. Onun səfəri mayın 19-dan 20-dək davam edəcək.

Əliyev bu səfərə böyük önəm verdiklərini bildirib və əlavə edib ki, tərəflər danışıqlar zamanı regionda təhlükəsizliyin möhkəmləndirilməsinə diqqət ayırıblar. Bundan əlavə, nəqliyyat, energetika sahələrində qarşılıqlı fəaliyyət məsələləri, Xəzər problematikası müzakirə edilib. "İmzalanan sənədlər əməkdaşlıq formatlarını müəyyən edir, lakin onları məhdudlaşdırmırlar, - Azərbaycan dövlətinin başçısı bildirib. - Mən əminəm ki, səfər uğrula başladığı kimi, uğurla da davam edəcək".

Berdımuhammedov bildirib ki, səfəri və danışıqlar yüksək səviyyədə keçib, ikitərəfli əməkdaşlığın ən aktual məsələləri müzakirə edilib. Türkmənistan lideri bildirib ki, bu, Türkmənistan -Azərbaycan əməkdaşlığına necə əhəmiyyət verildiyini bir daha göstərir.

Berdımuhammedov Azərbaycan və Türkmənistanın ümumi tarixi və mədəni bağlara malik olduqlarını söyləyib.

Xəbər lenti

Xəbər lenti