...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 2 İyun 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend / Cari ilin iyul ayının 31-dək tam yerləşdirilənə qədər, saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjdasında qeydiyyat №-si 10501420S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilir.

DQİ-nin ümumi həcmi 2 670 800 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 302 gün, ödəmə tarixi 31 marta 2009 ildir.

Hərrac zamanı, DQİ buraxılışının, 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti