...

Azərbaycan prezidenti Birləşmiş Ərəb Əmirliklərinin əmirinə başsağlığı verib

Siyasət Materials 3 İyun 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 03iyun, Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Xəlifə bin Zaid Al Nəhəyana başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Ölkənizdə baş vermiş vertolyot qəzası nəticəsində qardaşınız şeyx Nasir bin Zaid Al Nəhəyanın və həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizə, Birləşmiş Ərəb Əmirliklərinin bütün xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xəbər lenti

Xəbər lenti