...

Azərbaycan- Səudiyyə Ərəbistanı Krallığı arasında Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq olunub

Siyasət Materials 11 İyun 2008 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 11iyun Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Azərbaycan tərəfdən Komissiyanın həmsədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovdur. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

.

Xəbər lenti

Xəbər lenti