...

Türkiyə parlamentinin sədri Bakıya gəlir

Siyasət Materials 13 İyun 2008 11:19 (UTC +04:00)

Türkiyə, Ankara, 13 iyun / Trend , müxbir T.Əliyev/ İyunun 17-də Türkiyə Böyük Millət Məclisinin (parlamentin) sədri Köksal Toptanın Azərbaycana səfəri başlayır. Bu barədə Trend -a Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Toptanın səfər proqramında Azərbaycan prezidenti İlham Əliyevlə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Türkiyə Böyük Millət Məclisinin sədri həmçinin Azərbaycan parlamentinin 90 illliyi ilə bağlı Milli Məclisin yubiley iclası və digər tədbirlərdə də iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti