...

Azərbaycan hakimiyyəti siyasi dairələrin Seçki Məcəlləsi ilə bağlı spekulyasiya apardıqlarını bəyan edib (video)

Siyasət Materials 14 İyun 2008 11:06 (UTC +04:00)
Azərbaycan hakimiyyəti siyasi dairələrin Seçki Məcəlləsi ilə bağlı spekulyasiya apardıqlarını bəyan edib (video)

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan hakimiyyəti hesab edir ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı bəzi siyasi dairələr spekulyasiya aparırlar. "Müxalifət partiyaları seçki komissiyalarının tərkibi ilə bağlı əsassız iddialar irəli sürürlər. Komissiyanın paritet əsasda formalaşdırılması bugünkü cəmiyyətin siyasi palitrasına müvafiq deyil", şənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Parlament keçən həftənin bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın isə 40 minə endirilməsi nəzərdə tutulur. Bundan əlavə, seçki təbliğatının müddəti 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib. Təbliğat materiallarının divarlara və obyektlərə vurulması qadağan edilib, bunun üçün xüsusi yerlər ayrılması nəzərdə tutulub. Müxalifətin komissyaların tərkibinin paritet əsasda formalaşdırılması ilə bağlı təklifi məcəllədə əksini tapmayıb. Müxalifət əlavə və dəyişikliklərdən narazı qalıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Həsənov bildirib ki, Azərbaycanın yeni qəbul olunan Seçki Məcəlləsi bugünki vəziyyətdə demokratik, ədalətli, şəffaf, edimad doğuran seçki keçirməyə tam imkan verir. Onun sözlərinə görə, müxalifət Seçki Məcəlləsinə edilən dəyişiklikləri özlərinin maraqlarına cavab verəcək şəkildə təqdim edir. Buna görə də Avropa Şurasının Venesiya Komissiyası, Avropa Şurasının bəzi deputatları Azərbaycandakı həmin siyaysi qüvvələrin təsiri ilə fikirlərini nəzərə alaraq, Seçki Məcəlləsi ətrafında fərqli münasibət nümayiş etdirirlər.

"Seçki komissiyalarına münasibətdə Azərbaycan hakimiyyəti kompromisə getdi. Siyasi partiyaların razılaşacağı bütün məsələləri hakimiyyətin qəbul etməyə hazır olduğunu bəyan etdi. Bu məqsədlə xüsusi konfrans keçirildi və ora siyasi partiyalar cəlb olundu. Təəssüflər olsun ki, seçki komissiyaları ilə bağlı siyasi partiyalar razılığa gələ bilmədilər. Ona görə də hakimiyyət mövcud formulun saxlanmasını təklif etdi", - Həsənov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti